Rusiyada Zelenskinin baş rolunda oynadığı serialın yayımı dayandırılıb

Rusiyada Zelenskinin baş rolunda oynadığı serialın yayımı dayandırılıb
12 Dekabr 2019
Mətni dəyiş
Rus telekanalı TNT öz proqram axınından Ukrayna prezidenti Vladimir Zelenskinin baş rolda oynadığı "Xalqın xidmətçisi" serialını çıxarıb. Bundan öncə serialın artıq 3 seriyası bu kanalda yayımlanmışdı. "Xalqın xidmətçisi" adlı serial 2015-ci ildə çəkilib və baş rolunda Vladimir Zelenski oynayıb. Filmdə o sadə həyat yaşayan tarix müəllimi Vasiliy Petroviç Qoloborodkodur və gözlənilmədən ölkənin prezidenti olur. TNT telekanalı "Xalqın xidmətçisi" serialını dekabrın 11-də yayımlayıb, orada Rusiya prezidenti Vladimir Putin haqda zarafatlar kəsilib. Lakin, buna baxmayaraq serial yenə də efirdən yığışdırlıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun