Putinlə Zelenski əsirlərin kütləvi dəyişdirilməsi haqda razılaşmaya gəliblər

Putinlə Zelenski əsirlərin kütləvi dəyişdirilməsi haqda razılaşmaya gəliblər
10 Dekabr 2019
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın prezidenti Vladimir Zelenski dekabrın 9-da Parisdə görüşüb və ilin sonuna qədər silahlı münaqişə zamanı hər iki tərəfindən tutulmuş əsirləri dəyişdirməyə razılaşıblar. Dəyişdirilən əsirlər arasında rus və ukrain həbsxanalarında saxlanılanlar, həmçinin tanınmamış Donetski və Luqanski Xalq Respublikalarıında saxlanılanlar var. Bundan əlavə Ukrayna ordusu və Donetski və Luqanski Xalq Respublikalarıının hərbi birləşmələri 2020-ci ilin martına qədər ordularını geri çəkməklə bağlı razılaşıblar. Zelenski danışıqların nəticəsini "heç-heçə" adlandırıb. Digər tərəfdən Kiyevin mərkəzində siyasi fəallar çadırlar quraraq danışıqların nəticəsini gözləyiblər. Etirazçıların rəhbəri Pavel Belous deyib ki, günü sabahdan çadırları sökəcəklər, çünki danışıqlarda Ukraynanın maraqları qorunub. Ruslara heç nə güzəştə gedilməyib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun