İranın müxalifət lideri ali ruhanini şaha bənzədir

İranın müxalifət lideri ali ruhanini şaha bənzədir
1 Dekabr 2019
Mətni dəyiş

İranın uzun müddətdir həbsdə olan müxalifət lideri şənbə günü hökümətin ali ruhaninin rəhbərliyi altında benzin qiymətlərinin artımı səbəbilə etiraz edənlərə qarşı zorakı təqiblərini şahın əsgərlərinin İslam İnqilabı ilə nəticələnən hadisələr zamanı nümayişçilərə qarşı təqiblərinə bənzədib.

Xarici vebsaytda dərc olunan şərhlər Mir Hüseyn Musəvinin indiyədək ən kəskin şərhidir. 77 yaşlı siyasətçinin özünün 2009-cu ildə mübahisəli seçkidə məğlubiyyəti Yaşıl Hərəkat etirazlarına gətirib çıxarmışdı. Təhlükəsizlik qüvvələri həmin etirazları də yatırmışdı.

Musəvi şərhində Ali Ruhani Ayətullah Əli Xameneini təkcə devrilmiş Şah Məhəmməd Rza Pəhləviyə bənzətmir. Belə görünür ki, müxalifət lideri həmçinin noyabrın 15-də başlayan etirazları və təqibləri İranın şiə teokratiyasının son anları kimi dəyərləndirir, necə ki, 1978-ci ildəki qətllər şahın sonuna gətirib çıxardı.

"Bu, insanların ölkədəki vəziyyətlə bağlı məyusluqlarını göstərir. Bu, 1978-ci ilin sentyabrın 8-də insanların vəhşicəsinə öldürüldüyü vaxtlara bənzəyir" – deyə, Kaleme vebsaytında dərc olunan bəyanata əsasən Musəvi bildirib. "1978-ci ilin qatilləri dindar onlmayan rejimin nümayəndələri idilər, amma noyabr 2019-un agent və qatilləri dindar hökümətin nümayəndələridir".

Nə İran rəsmiləri nə də İran mediası dərhal reaksiya verməyib. Medianın Müsəvinin şəklini paylaşması illərdir qadağandır.

[caption id="attachment_84130" align="alignleft" width="1597"] İranda etirazlar[/caption]

Noyabrın 15-dən bəri İran boyu 100-dən çox şəhərdə etirazlar hökümət minimum benzin qiymətini 50 faiz artırandan sonra başlayıb. Subsidiyaların kəsilməsi İran iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbilə tənəzzülə uğradığı bir vaxta təsadüf edir.

İranlılar dərhal nümayişlər keçirməyə başladılar və etirazlar qısa vaxtda zorakı hal aldı, banklar və benzindoldurma məntəqələrinə hücumlar edildi. İnternetdə yayılan videolarda İranın təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığı göstərilir.

Nümayişlərin miqyası hələ də, dəqiq bilinmir, çünki İran etirazlarda ölənlər, yaralananlar və ya həbs olunanlar barədə məlumat vermir. Amnesty International etirazlar və təqiblər nəticəsində azı 161 nəfərin ölüdüyünü təxmin edir.

[caption id="attachment_84129" align="alignleft" width="1597"] Ayətulla Əli Xamenei[/caption]

Bir iranlı qanunverici 7 mindən çox insanın həbs olunduğunu düşündyünü söyləyib, lakin İranın baş prokuroru bunu təkzib edib, özü isə bir rəqəm verməyib. Ölkənin daxili ilşlər naziir deyib ki, nümayişlərdə 200 minə yaxın insan iştirak edib. İran bir həftə boyunca internetə çıxışı blok edib və belecə özünü dünyadan gələn reaksiyalardan qoruyub.

Musəvi və həyat yoldaşı Zəhra Rahnavard Xameneinin Tehrandakı rəsmi iqamətgahına yaxın yerdə yerləşən evlərində ev dustağı olaraq qalır. Lakin Kaleme vebsaytı ara-sıra Musəvidən bəyanatlar dərc edir. Musəvi daha öncə İranın baş naziri vəzifəsinə çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun