İqlim dəyişikliyi və qlobal istiləşməyə görə çətin şəraitdə yetişən bitkilər axtarılır

İqlim dəyişikliyi və qlobal istiləşməyə görə çətin şəraitdə yetişən bitkilər axtarılır
6 Dekabr 2019
Mətni dəyiş
İqlim dəyişikliyi münbit torpaqlarda erroziya və duzlanmanı sürətləndirir. Bu səbəbdən qida təhlükəsizliyi müasir hökümətlərin əsas prioritetlərindəndir. Birləşmiş Ərəb Əmirliyi bu problemi həll etmək üçün dünyada ilk dəfə Qida Təhlükəsizliyi Nazirliyi yaradıb. Qida Təhlüksizliyi üzrə naziri Məryəm bint Əlmehri deyir ki, "Biz bu nazirlikdə çətin təbii şəraitdə fərqli texnologiyalarla kifayət qədər və uyğun qiymətə məhsul istehsal etmə problemləri ilə məşğul oluruq.
Alimlər Dubaydakı Beynəlxalq Bioloji Əkinçilik Mərkəzində dözümlü məhsullar yetişdirmək bə çətin şəraitlərdə məhsulu artıra bilmək üçün araşdırmalar aparır. Maddi gəlir hədəfləməyən bu beynəlxalq təşkilat kasıb ölkələrə texnoloji həll yolları tapır. Kasıb ölkələrin əkinçilərinin belə texnologiyanı əldə edə bilmək üçün onları ən ucuz qiymətə gətirməyə çalışırlar.
Quraq ərazilərdəki əkinçilərə yardım etməyin yolu ilə duzlu, isti və quru şəraitdə etibarlı məhsul verəbilən bitkilər yaratmaqdır. Dubaydakı bu təşkilatda toxumlar bir yerə yığılaraq seçilir və qida təhlükəsizliyi üçün hansının istifadə edilə biləcəyi müəyyənləşdirilir. Önə çıxan məhsullardan biri kinoa bitkisidir.
[caption id="attachment_84234" align="alignleft" width="670"] Quraqlıq şəraitdə yetişə bilən kinao bitkisi çox az su ilə buğda və arpa qədər məhsul verə bilir.[/caption]
Beynəlxalq bioloji əkinçilik mərkəzinin proqram koordinatoru Seta Tutundijan deyir ki, "Kinoa latın Amerikası mənşəlli bitkidir. O yüksək şoranlıq səviyyəsinə dözə bilən bənzərsiz xüsusiyyətlərə malikdir. Bundan əlavə o quraqlığa da dözə bilir. Buğda və arpanın ehtiyac duyduğu suyun təqribən yarısı kinoaya bəs edir. Bu bitkinin qidalılıq dəyəri çox yüksəkdir".
[caption id="attachment_84236" align="alignleft" width="415"] Quraqlığa davamlı dəniz pencəri dəniz suyu ilə sualana bilir.[/caption]
Kinoadan başqa dəniz suyu ilə suvarıla bilən dəniz pencəri və dəniz qulançarı kimi bitliklər də duz sevən bitkilər kimi diqqət çəkir. Elmi əkinçilik üzrə mütəxəssiz Dr. Dionysia Angeliki Lyra deyir ki: "Dəniz pencəri həqiqətən heyrətamiz bitkidir. Çöl şəraitində yetişə bilir. Tamamilə dəniz suyu ilə sulamaq mümkündür. Hal-hazırda onun toxumlarının biyoyanacaq potensiyalı üzərində araşdırma aparılır" deyə alim bitkinin önəminə diqqət çəkir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun