Donald Trampa impiçment elan olundu: Bundan sonra nə baş verəcək?

Donald Trampa impiçment elan olundu: Bundan sonra nə baş verəcək?
19 Dekabr 2019
Mətni dəyiş

Donald Trump Amerika Birləşmiş Ştatları tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident oldu.

BBC-nin məlumatına görə, Nümayəndələr Palatası onun impiçmenti üçün iki ittiham üzrə səs verib: hakimiyyətdən sui-istifadə və Konqresin işinə mane olmaq. İmza atma, vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə 230-197, ikinci ittiham - Konqresə mane olmağa görə isə 229-198 say nisbəti ilə səs verilib. Konqresdə səsvermə zamanı demokratların hamısı Ağ Ev rəhbərinin vəzifəsindən kənarlaşdırılmasın - yəni, ittihamların lehinə, bütün respublikaçılar isə əleyhinə səs veriblər. Trump-ın öz vəzifə səlahiyyətlərini yerinə yetirməkdə davam edib-etməyəcəyi 2020-ci ilin yanvarın 20-də Senatdakı səsvermədən sonra məlum olacaq. Nümayəndələr Palatasındakı səsvermədən öncəki gün demokratlar Donald Trump-ı hakimiyyətdən kənarlaşdırmaq cəhdindən vaz keçməyəcəklərini bildirmişdilər. Ancaq bu səsvermə Prezidentə öz postunu tərk etmək məcburiyyəti yaratmır və rəsmən elan edilmiş impiçment onun növbəti prezident seçkisinə qatılmasını qadağan etmir. Bazar ertəsi Konqresdəki demokratlar 658 səhifəlik hesabat dərc edərək prezidenti rüşvətxorluqda və Ukrayna Prezidentini ABŞ-ın keçmiş vitse-prezidenti Jo Biden-lə bağlı istintaq başlatmağa məcbur etməkdə günahlandırıblar. Daha əvvəl Konqresin hüquq komitəsi Prezidentə qarşı impiçment maddələrini təsdiq etmişdi - hakimiyyətdən sui-istifadə və Konqresin işinə mane olmaq. Sui-istifadə faktı Donald Trump-ın 25 iyul 2019-cu il tarixində Ukrayna prezidenti Vladmir Zelenskiylə telefon danışığı hesab olunur. Söhbət zamanı Ağ Evin başçısı ondan keçmiş vitse-prezident Jo Biden haqqında istintaq aparılmasını xahiş edib. Bidenin oğlu Hanter Biden 2014-2019-cu illərdə Ukraynanın "Burisma" dövlət neft-qaz şirkətinin Direktorlar Şurasının üzvü olub və ABŞ Prezidentinin iddiasına görə, bu ölkənin korrupsiya sxemində iştirak edib. Həmin dövrdə Jo Biden ABŞ administrasiyasının Ukrayna üzrə məsul nümayəndəsi vəzifəsini icra edib. Konqresdəki demokratlar hesab edirlər ki, Biden onun oğluna da toxunacaq korrupsiya araşdırması planlaşdıran Ukrayna hüquq-mühafizə orqanları rəhbərlərinin işdən çıxarılmasında rol oynayıb. Bu ittihamları demokratlar xarici ölkənin ABŞ-dakı seçki prosesinə müdaxiləsi kimi qiymətləndirirlər. [caption id="attachment_84457" align="alignleft" width="1024"] Donald TrumpFotonun müəllifiGETTY IMAGES Image caption Konqresdə səsvermə günü Trump Miçiqana öz tərəfdarları ilə yeni il öncəsi görüşə uçub[/caption] Bundan başqa, Konqresdəki demokratlar Prezidenti Nümayəndələr Palatasının işinə mane olmaqda da günahlandırırlar: Ağ Ev rəhbəri administrasiyanın yüksək çinli məmurlarına deputatların çağırışlarına cavab verməyi və komitənin impiçment proseduru çərçivəsində keçirdiyi müzakirələrdə çıxış etməyi qadağan edib. "İttiham maddələri təsdiq edir ki, Prezident Trump öz şəxsi və siyasi maraqlarını milli təhlükəsizlik maraqlarından, bizim dürüst və azad seçki maraqlarından üstün tutub... Biz qarşısını almasaq, o, iştirakçısı olduğu qanun pozuntularını davam etdirəcək. Məhz buna görə də Prezident Trump-a impiçment elan olunmalı və o, hakimiyyətdən uzaqlaşdırılmalıdır", - hüquq komitəsinin hesabatında belə deyilir. Çərşənbə axşamı günü Nümayəndələr Palatasının nəzarət komitəsi impiçment proseduru çərçivəsində səsvermə qaydalarını müəyyənləşdirib. Prosesin Konqres tərəfindən təsdiqlənəcəyi heç kimdə şübhə doğurmurdu: komitənin doqquz demokrat üzvü və impiçmentin əleyhinə olan cəmi 4 üzvü var.

Demokratların neçə üzvü impiçmentin əleyhinə səs verib?

Hələ impiçment müzakirələri başlamazdan əvvəl Demokrat Partiyasının iki üzvü - New-Jersey ştatının təmsilçisi Jeff Van Drew və Minnesota ştatının təmsilçisi Сollin Piterson ictimaiyyətə bəyan etmişdilər ki, ABŞ Prezidentinin hakimiyyətdən kənarlaşdırılması təşəbbüsünü dəstəkləməyəcəklər. ABŞ KİV-lərinin yazdığına görə, Van Drew-nun ofisində çalışanlar bu bəyanatdan sonra istefa ərizəsi yazıblar. [caption id="attachment_84458" align="alignleft" width="885"] Nümayəndələr Palatasının sözçüsü Nancy Pelosi Trump-ı demokratiya və ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid adlandırıb.[/caption]

İmpiçment təşəbbüsünü neçə respublikaçı dəstəkləyib?

Çərşənbə günü hələ iclas başlamazdan əvvəl demokratların liderləri fəailiyyətdə olan prezidentə qarşı impiçmenti "vicdan səsverməsi" adlandırmış, qeyd etmişdilər ki, bu, Amerika əsgərlərinin müharibəyə göndərilməsinə səs vermək qədər əhəmiyyətli məsələdir. 2019-cu ilin noyabr ayında keçirilən ara seçkilərdə demokratlar Nümayəndələr Palatasında say üstünlüyü qazanmış, daha əvvəl respublikaçılarda olan 31 seçki dairəsi Trump-un opponentlərinin nəzarətinə keçmişdi. Hazırda Nümayəndələr Palatasında 233 demokrat, 197 respublikaçı və bir müstəqil deputat var, dörd yer boşdur. Respublikaçıların heç biri impiçment prosedurunu dəstəkləməyib. Bazarertəsi - səsvermədən iki gün əvvəl Konqresdəki respublikaçılar qrupunun lideri Kevin Makkarti bəyan etmişdi ki, Prezidenti dəstəksiz qoymayacaq və onun partiyadakı silahdaşları da impiçmentə səs verməyəcəklər.

Senat hansı qərarı verəcək?

Nümayəndələr Palatasındakı səsvermədən sonra qərar Senata göndərilir, ABŞ Prezidentinin taleyini bu qurum həll edir. Konstitusiyaya görə, Konqresin impiçment haqqında qərarı "imtiyazlı" satusa malikdir, yuxarı palata bütün digər müzakirələri durdurub bu qərara münasibət bildirməlidir. Həftənin əvvəlində demokratların Konqresdəki lideri Chak Schumer respublikaçıların Senatdakı lideri Mitch Makkonnellə impiçment proseduru haqqında razılığa gəlmək üçün kompromis təklif etmişdi. Konstitusiyaya görə, Senat Konqresin təsdiq etdiyi ittihamları araşdırmalı, senatorlar bu prosesdə Andlılar Məhkəməsinin üzvləri rolunu oynamalıdırlar. Eyni zamanda, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ittiham tərəfini prokurorlar və şahidlər qismində təmsil edəcək adamları təyin etməlidir. Ağ Evsə prosesə öz vəkillərini göndərmək hüququna malikdir.

Demokratlar kimi çağırmaq istəyirlər?

Bazar ertəsi demokratların Konqresdəki lideri Chak Schumer Senata məktub göndərərək ittiham tərəfinin dörd şahidini - Ağ Evin administrasiya rəhbəri vəzifəsini icra etmiş Mik Malvenini, Prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi John Boltonu, idarəetmə və büdcə idarəsinin əməkdaşı Maykl Daffini və administrasiyanın indiki rəhbərinin məsləhətçisi Robert Beyrini çağırmağı xahiş edib. Demokratlar hesab edirlər ki, bu şəxslərin hamısı Ukraynaya 391 milyon dollarlıq hərbi yardımın göndərilməsinə mane olublar. Çərşənbə axşamı Mitch Makkonnel demokratların təklifini rədd edib və bir daha bəyan edib ki, impiçment proseduruyla bağlı bütün qərarlarını Ağ Evin hüquqşünaslarıyla koordinasiya edəcək. Qaydalara görə, bu prosedurun müzakirəsi prosesinə ABŞ Ali Məhkəməsinin sədri John Roberts rəhbətrlik etməlidir. Ötən həftə "Fox News" kanalına müsahibəsində Mitch Makkonnel bildirmişdi ki, ittihamların əlavə şahidlər çağırılmadan araşdırılmasında israr edəcək. "Bilirsizmi, sizin kifayət qədər səsiniz varsa və siz əminsinizsə ki, ittihamlar çox kiçik əsaslar üzərində qurulub, Prezidentin vəkilləri də bunu istəyirsə, siz qısa müzakirəyə üstünlük verərsiniz", - jurnalistlərin suallarına cavabında Makkonnel belə deyib. Prezident Trump özü də mətbuat nümayəndələriylə söhbətində Senatdakı araşdırmanın tez bitməsini istədiyini bildirib: "Mən onların istədiyi hər şeyi etməyə hazıram, bunun elə bir əhəmiyyəti yoxdur. Mən uzun araşdırmaya da razılıq verə bilərəm, çünki fırıldaqçı informatorun (Ukrayna prezidentiylə danışıqlar barədə məlumat verən şəxsin - BBC) kim olduğunu görmək istəyirəm". Sonra nə olacaq? Senat Nümayəndələr Palatasının ittihamlarını 2020-ci ilin yanvar ayında araşdırmağa başlayacaq və heç kim şübhə etmir ki, yuxarı palata Prezidenti tamamən təmizə çıxaracaq. Trump-ın rəqiblərinə Senatda 2/3 səs çoxluğu lazımdır, indiki halda isə demokratların 47, respublikaçıların 53 səsi var. Daha bir problem ABŞ siyasətinin gələcəyilə bağlıdır. Trump-a impiçment elan ediləndən və o, Senat tərəfindən təmizə çıxarılandan sonra demokratlar bir xeyli qanunvericilik təşəbbüsüylə bağlı Ağ Evlə əməkdaşlıq etməli olacaqlar. Bundan başqa, haqqında impiçment elan olunması Trump-ı 2020-ci ildəki prezident seçkilərində naiməzdliyini irəli sürmək və seçki kampaniyasındakı müzakirələrə qatılmaq hüququndan məhrum etmir. İmpiçment prosedurundan sonra demokratların prezidentlə necə əməkdaşlıq edəcəkləri hələlik məlum deyil. "Əgər Prezident məsuliyyətə cəlb olunmasa, mənim Senatdakı həmkarlarım and içərək boyun olduqları vəzifələrini icra etməsələr, bizim demokratiyamız üçün təhlükə yaranacaq", - konqresmen David Sisillin BBC-yə müsahibəsində deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun