Deputatın ailəsi ölkəni tərk edib Londonda məskunlaşıb [sənəd]

Deputatın ailəsi ölkəni tərk edib Londonda məskunlaşıb [sənəd]
20 Dekabr 2019
Mətni dəyiş

Deputat Cavanşir Feyziyevin ailəsi Azərbaycanı tərk edərək Londonda məskunlaşıb.

Cavanşir Feyziyev özü də ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir. Bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Həmin məlumatda deyilir ki, buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed” şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar.

2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun