Belarusiyada xalq Rusiyaya inteqrasiya razılaşmasına etiraz edir

Belarusiyada xalq Rusiyaya inteqrasiya razılaşmasına etiraz edir
9 Dekabr 2019
Mətni dəyiş
Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Soçidə İttifaq ölkələrinin dərindən inteqrasiyasi haqqında razılaşmanı imzaladığı bir vaxtda Belarusiyada xalq etiraz aksiyasına çıxıb. Dekabrın 7-də əvvəlkə bir neçə yüz insan Minskin əsas prospekti boyu toplanıb, daha sonra isə mitinq böyüyüb və xalq Belarusiyanın müstəqilliyi tələbi ilə etirazlara başlayıb. Beynəlxalq medianın məlumatına görə aksiyaya səbəb Rusiya və Belorusiya rəhbərlərinin İttifaq ölkələrinin dərindən inteqrasiyası mövzusunda danışıqlarına etiraz etməkdir. [caption id="attachment_84266" align="alignleft" width="800"] Belarus paytaxtı Minskdə xalq Azadlıq prospekti boyu canlı sədd yaradaraq Rusiyayla inteqrasyaya etiraz edir.[/caption] Belorus müxalifəti Rusiyaya inteqrasiyanı milli suverenliyə və ölkənin müstəqilliyinə təhdid sayır. Buna görə də fəallar Rusiyaya inteqrasiyaya etiraz olaraq "Təzə külək" adlı ictimai kampaniyaya başlayıblar. Kampaniya çərçivəsində insanlar Minskin Azadlıq prospekti boyu "Canlı azadlıq zəncirir" yaradıblar. Onlar 15 dəqiqə boyu əl-ələ tutaraq dayanıblar. Təşkilatçılar 23 avqust 1989-cu ildə Vilnyus, Riqa və Tallin şəhərlərində xalqın əl-ələ tutaraq "Baltika yolu" adlı canlı sədd yaratmasından ilhamlanıblar. O zaman baltik ölkələrinin dörddə biri canlı səddə qoşulmuşdu və bu Kremli baltik ölkələrinə qarşı hansısa zorakı yollardan istifadə etməkdən çəkindirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun