Bakı-Sumqayıt yolunda tikinti materialları bazarı yanır

Bakı-Sumqayıt yolunda tikinti materialları bazarı yanır
10 Dekabr 2019
Mətni dəyiş
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Qeyd edilib ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb: "Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik". Fövqəladə Hallar Nazirliyi isə bəyan edib ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə  Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri  və 3 helikopteri cəlb olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun