Bələdiyyə seçkilərində 42 min namizəd qeydə alınıb

Bələdiyyə seçkilərində 42 min namizəd qeydə alınıb
1 Dekabr 2019
Mətni dəyiş

Bələdiyyə seçkiləri üzrə namiizədlərin qeydə alınması mərhələsi başa çatıb. 1606 bələdiyyədə 15156 yerə  42 mindən çox namizəd qeydə alınıb. 

Bu barədə Mərkəzi Seçki Komissiyasının açıqlamasında deyilir. Məlumata görə, namizədlər arasında 13 partiyanın nümayəndələri də var:

Yeni Azərbaycan, Azərbaycan Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokrat Maarifçilik, Azərbaycan Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Azərbaycan Respublikaçılar partiyaları.

Aparıcı müxalifət partiyaları AXCP və Müsavat ölkədə demokratik seçkilər üçün şəraitin olmadığını və yerli özünüidarəetmənin səlahiyyətlərinin məhdudlaşdırıldığını əsas gətirərək seçkilərdə iştirakdan imtina ediblər.

Bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun