AXH Lökbatanda "Qarabağ" mitinqi keçirib

AXH Lökbatanda "Qarabağ" mitinqi keçirib
1 Dekabr 2019
Mətni dəyiş

Noyabrın 30-da Azərbaycan Xalq Hərəkatı “Qarabağa azadlıq, işğala son”, “Ya azad et, ya çıx get” şüarı ilə mitinq keçirib.

Azadlıq Radiosunun məlumatına görə, aksiya “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasında keçirib.

Müxalifətin 19 yanvar mitinqdindən sonra hakimiyyət müxalifət partiyalarının təklif etdiyi yerlərdə yox, məhz Bakıdan kənarda yerləşən Lökbatandakı stadionda aksiya keçirilməsinə icazə verir.

Ancaq Milli Şura, Müsavat kimi partiyalar orda mitinq keçirməkdən imtina edərək, şəhərdə etiraz aksiyaları keçirməyə cəhd göstəriblər.

“Bizim bura gəlməkdə məqsədimiz hökumətin bəhanəsini əlindən almaqdır”, - Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

“Biz istədiyimiz yeri hakimiyyət vermədi. Biz “Məhsul” stadionunda, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydanı istəmişdik. Azərbaycan hakimiyyəti də Baki şəhər İcra Hakimiyyətinin vasitəsilə buranı məsləhət gördü”.

M.Mirəlioğlu Lökbatandaki stadionda mitinq keçirmək qərarını doğru saymadığını, ancaq AXH-də əksəriyyətin verdiyi qərara tabe olaraq mitinqə gəldiyini bildirib.

Mitinq qətnamə oxunuşu ilə başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun