'Avast' antivirusu 400 milyon istifadəçinin şəxsi məlumatını satıb

'Avast' antivirusu 400 milyon istifadəçinin şəxsi məlumatını satıb
11 Dekabr 2019
Mətni dəyiş

'Avast' antivirus şirkətinin yaradıcıları istifadəçilərin şəxsi məlumatlarını başqalarına satıb.

Bu haqda 'Forbes' dərgisi xəbər yayıb. Məlumata görə, antivirusun sahibləri 2013-cü ildən bəri 400 milyon istifadəçinin şəxsi məlumatlarını istismar ediblər.

'Avast'ın baş direktoru Ondrey Vlçek məlumatların kütləvi satılmasını təsdiqləyib, ancaq qeyd edib ki, məlumatlar satılarkən kimlərə məxsus olduğu gizlədilib.

Onun sözlərinə görə, firmanın serverinə yüklənən məlumatlarda onun sahiblərinin URL ünvanı, adı və s. gizlədilib.

Vlçek deyib ki, antivirus istifadəçilərin aktivliyini istifadə etdikləri brauzeri izləyərək öyrənib, daha sonra toplanılan məlumatlar satılmazdan öncə analiz edilmək üçün "Jumpshot" şirkətinə verilib.

'Avast'ın baş direktorunun sözlərinə görə, belə məlumatların alıcıları adətən potensial istehlakçıları öyrənmək istəyən investorlar olub. Vlçekin fikrincə, hətta klinikalar belə pasiyentlərinin məlumatlarını məlumat sahibinin şəxsiyyətini gizlədərək satırlar.

Şirkətin işçiləri deyir ki, şirkət istifadəçilərin detallı məlumatlarını müştərilərinə təklif edir. Təklif olunan məlumatlar 100 milyon istifadəçiyə aiddir. Orada onların internetdə fəaliyyəti, nələr axtardıqları, nələrlə maraqlandıqları və internetdən nələr axtardıqları haqqında məlumatlar əks olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun