Əbu-Bəkr məscidi açılacaq

Əbu-Bəkr məscidi açılacaq
10 Dekabr 2019
Mətni dəyiş
Bakıda bağlanılmış Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. S.Heydərov vurğulayıb ki, məscidin minarəsinin fundamentində problem aşkar edilib: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir”. S.Heydərov vurğulayıb ki, bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq. Xatırladaq ki, Əbu-Bəkr məscidi 2008-ci ilin 17 avqustunda burada törədilmiş terror hadisəsinə görə başlanmışdı. Belə ki, o dövrdə məscidə iki əl qumbarası atılmış, həmin vaxt orda namaz qılan 2 nəfər ölmüş, 18 nəfər yaralanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun