Ukraynada qeyri-qanuni varlanmaya qarşı qanun qüvvəyə minib

Ukraynada qeyri-qanuni varlanmaya qarşı qanun qüvvəyə minib
28 Noyabr 2019
Mətni dəyiş
Ukraynada noyarın 28-də qeyri-qanuni varlanmaya qarşı cinayət cavabdehliiyi yaradan qanun qüvvəyə minib. Bu haqda "Ukraynski Novini" qəzeti məlumat verib. Yeni qanuna görə bundan sonra məmurların mülkləri onların gəlirlərinindən dəfələrlə çox ola bilməz. Əgər məmurların izafi varlanması sübut olunarsa o beş ilə qədər həbs oluna bilər və həmin vəzifəni üç ilə qədər tuta bilməz. Qanun məmurların mülkləri olaraq təkcə ev ya da maşın yox, həm də pul, kriptovalyuta, biznes obyekti və s. də görür. Qanun layihəsi həmçinin məmurların üç il bundan öncəyə qədər topladığı var-dövlətə görə də cinayət məsuliyyəti nəzərdə tutur.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun