Tramp seçkilərdə rəqibinə ləkə vurmaq üçün Ukrayna hökümətinə təzyiq göstəribmiş

ABŞ-ın Ukrayndakı səfiri Vilyam Taylor Konqressin aşağı palatasında konqressmenlərə ifadə verir.

ABŞ prezidenyi Donald Trampa qarşı aparılan impiçment təhqiqatı çərçivəsində dünən Təmsilçilər Məclisində ictimaiyyətə açıq ifadələrin dinlənilməsi başlanılıb. Şahid kimi ABŞ-ın Ukraynadakı səfiri Vilyam Teylor və diplomat Corc Kentin ifadələri dinlənilib.

Təhqiqatlardan Trampın ABŞ-da gələn ilki seçkilər zamanı üstünlük qazanmaq üçün Ukrayna hökümətinə təzyiq göstərib-göstərmədiyi araşdırılıb. Belə ki, Trampın rəqibi Co Baydeni gözdən salmaq üçün Ukraynda bir təbii qaz şirkətində işləyən Baydenin oğluna rüşvətlə bağlı cinayət işi qaldırılmağını istəyib, bunun qarşılığında Tramp Ukraynaya edilməli olan 400 milyon dollarlıq hərbi yardımı əlində təzyiq vasitəsi kimi saxladığı iddia olunur.

İmpiçment təhqiqatında demokratların ən vacib şahidlərindn olan Vilyam Teylor deyib ki, “Ukrayna siyasətində iki siyasi xətt var, biri normal, o biri isə “son dərəcə qaydasız” xəttdir. Baydeni gözdən salmaq üçün olan xətt ikinci xəttdir”.

Teylor oktyabr ayında bağlı qapılar arxasında verdiyi ifadəni təkrarlayaraq deyib ki, Konqress Ukraynaya yardımı təsdiqləsə də Tramp Baydenə zərər vurmaq hədəfinə görə yardımı təsdiqləmir.