Tofiq Yaqubludan siyasi fəaliyyətinə son qoymaq tələb olunub

Tofiq Yaqubludan siyasi fəaliyyətinə son qoymaq tələb olunub
11 Noyabr 2019
Mətni dəyiş

Tofiq Yaqubludan Milli Şuradan çıxmaq və siyasi fəaliyyətə son qoymaq tələb olunub. 

Bu barədə siyasətçinin qızı Nigar Həzi məlumat yayıb. Onun sözlərinə görə, o, noyabrın 11-də İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan atası Tofiq Yaqublu ilə telefonla danışıb.

"Atam dedi ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığı təcridxanaya gələrək onu 3 saatdan çox sorğu-suala tutdu. Ondan Milli Şuradan istefa veməyə və siyadi fəaliyyətə son qoymağı tələb olunub. Əks təqdirdə atamı İdarəyə aparıb orada ağır işgəncələr verəcəklərini bildirdilər".

N.Həzinin iddiasına görə, atasını ailəsi ilə təhdid ediblər.

"Mənim, ailəmin başına bir iş gələrsə, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox", Həzi deyərək bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun