Tbilisidə "Rus dili və Mədəniyyəti" mərkəzi açılır - iki düşmən ölkə barışır

Tbilisidə "Rus dili və Mədəniyyəti" mərkəzi açılır - iki düşmən ölkə barışır
29 Noyabr 2019
Mətni dəyiş
Gürcüstanın paytaxtı Tbilisidə "Rus dili və Mədəniyyəti Mərkəzi" açılmasına hazırlıq gedir. Bu haqda rusiyalı deputat Qriqori Karasin məlumat verib. O deyib ki, mərkəz dekabr ayının ortalarında açılacaq.  Rusiyalı deputatın sözlərinə görə bu mərkəzin açılması Rusiya və Gürcüstanın qarşılıqlı münasibətlərinin inkişafında böyük rol oyanayacaq. Gürcüstan Baş Nazirinin köməkçisi Zurab Abaşidze Praqada jurnalistlərin Rusiya ilə barışıqla bağlı verdiyi sualı cavablayarkən deyib ki, "Bu cür mərkəzin iki ölkənin barışığında xüsusi rolu olacağına inanır". "Biz ilin sonunda Gürcüstanda Rusiyanın da nümayəndələrinin iştirakı ilə baş tutacaq mədəni tədbirlərin insidentsiz ötüşəcəyinə ümüd edirik" - deyə Abaşidze bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun