Siyavuş Novruzovun həyat yoldaşı yeni Ombudsman seçildi

Siyavuş Novruzovun həyat yoldaşı yeni Ombudsman seçildi
29 Noyabr 2019
Mətni dəyiş

Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva arasında komitə iclasında müzakirə aparılıb.

Millət vəkillərinin səsverməsi nəticəsində Səbinə Əliyeva 104 səslə Azərbaycanın yeni İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib, 1 nəfər isə bitərəf qalıb.

Məlumata görə, Ombudsman Elmira Süleymanova plenar iclasda iştirak etməyib.

Səbinə Əliyeva 1980-ci ildə anadan olub. O, 3-cü dərəcəli dövlət müşaviridir.

İxtisasca hüquqşünas olan S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, S.Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun