Senator Qrem "erməni soyqırımı" qətnaməsinin senatda müzakirəsini Ağ Evin istəmədiyi deyib

Senator Qrem "erməni soyqırımı" qətnaməsinin senatda müzakirəsini Ağ Evin istəmədiyi deyib
26 Noyabr 2019
Mətni dəyiş
Amerikalı respublikaçı senator Lindsi Qrem Senatın "Erməni soyqırımı" ilə bağlı 150 saylı qətnaməyə blok qoyulması ilə bağlı qərarı şərh edərkən bildirib ki, "Erməni soyqırımı" mövzusuna blok qoyulması Ağ Evin xaişi ilə baş tutub. Qrem Türkiyə prezidenti Tayyib Ərdoğanla Ağ Evin yüksək vəzifəlisinin görüşündən sonra ona Senata qayıtmaq və qətnaməni bloklamaq rica edilib. "Biz görüşdən sonra biz Ağ evin qanunvericilik məsələləri üzrə bir nümayəndəsi ilə oturub söhbət etdik. O mənə məlumat verdi ki, senator Menendes soyqırımı ilə bağlı qətnaməni səsə çıxarmağa hazırlaşır və mən bunu bloklaya bilərəmmi? "Mən dedim ki, edərəm. Bunu etməyimin yeganə səbəbi Ərdoğanın hələ də Amerikada olmasıydı. Bununçün pis zaman olsa da, mən ölkələr arası münasibətləri qorumaq üçün nə isə etməliydim" - deyə Qrem bildirib. Qremin "erməni soyqırımı" qətnaməsinə blok qoymasından sonrakı həftə senator Menendes və senator Ted Kurz yenidən həmin qətnaməni müzakirəyə çıxarmaq istəyib və bu dəfə başqa senator - Devid Perdyu qətnamənin müzakirəsinə blok qoyub. Xatırladaq ki, Amerika senatında hər bir senator bütün palataların müzakirəyə çıxardığı qətnamələrə blok qoya bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun