“Sərhədsiz Reportyorlar” Rusiyanın interneti ‘izolyasiya edən’ qanununu tənqid edir

Beynəlxalq hüquq müdafiəsi təşkilatı “Sərhədsiz Reportyorlar” noyabrın 1-dən Rusiyada “avtonom internet” qanununun qüvvəyə minməsini tənqid edib.

Bu haqda “Sərhədsiz Reportyorlar”ın oktaybın 31-də Berlində yaydığı bəyanatda deyilir. Yeni qanuna görə, hökümət Rusiya internet məkanını özünü dünya internet sistemindən uzaqlaşdırmaqla bağlı ilk addımını atır.

“Sərhədsiz Reportyorlar” rus hökümətinin bu addımını “rəqəmsal kommunikasiya sahəsinin nəzarətdə saxlanılması sahəsində atılmış təhlükəli addım” adlandırıb.

“Bu qanun Rusiyada internet senzurasını bir addım da qaldırmağa hesablanıb. Bu göstərir ki, Rusiya höküməti internetin bütün infrastrukturu üzərində siyasi nəzarəti əldə saxlamağa hazırdır. Bu yolla hökümət rəqəmsal informasiyanı önünü kəsməyə çalışacaq” – deyə təşkilatın katibi Kristian Mir bildirib.

Xatırladaq ki, Rusiya hökümətinin qəbul etdiyi yeni qanuna görə internetdə məlumatların filtirasiya mərkəzləşdirilir.

Artıq bundan sonra Rusiyada internet məlumatlarını provayderlər deyil, xüsusi xidmət orqanları və “Roskomnadzor” nəzarətdə saxlayacaq.

Xüsusi xidmət orqanları ölkənin təhlükəsizliyinə təhdid saydıqları hər şeyi blokaya biləcəklər.

“Sərhədsiz Reportyorlar” bu qaunun söz və mətbuat azadlığı üçün əsl təhdid olduğunu bəyan edir.