Rusiya Konstitusiya Məhkəməsi korrupsiyaya qarşı yeni qanun tətbiq edir

Rusiyanın Konstitusiya Məhkəməsi qeyri-qanuni yolla əldə edilmiş var-dövlətin müsadirə edilməsi ilə bağlı yeni qanunu təsdiqləyib.

Qanuna görə bundan sonra təkcə korrupsionerlər, onların ailə üzvləri, dostları və qohumları deyil, həm də qazandığı var-dövlətin qanuniliyini sübut edə bilməyən hər kəsin mülkiyyəti müsadirə edilə bilər.

“Vedemosti” qəzetinin məlumatına görə, bu haqda məhkəmənin Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Dmitri Zaxarçenko və yaxınları haqda qəbul etdiyi qərarında deyilir.

Zaxarçenkonun vəkilləri deyiblər ki, onun və qohumlarının 9 milyardlıq mülklərinin müsadirə edilməsi qanunsuzdur, çünki Rusiya Baş Prokurorluğu Zaxarçenkonun var-dövlətini birbaşa olaraq qanunsuz yolla əldə etdiyinə sübut göstərə bilməyib.

Ancaq məhkəmə təqsirləndirilənin öz gəliri ilə bu qədər var-dövlət toplaya bilməyəcəyini sübut göstərib.

Zaxarçenkonun vəkili Aleksndr Qorbatenkonun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı onu göstərir ki, bundan sonra təkcə dövəlt məmurları yox, istənilən şəxs gəlirinin mənbəyini göstərə bilməsə məhkəmə onu dövlət büdcəsindən oğurlanmış kimi qəbul edərək müsadirə edə biləcək.

Rusiya vətəndaşları gəlirlərinin qanuni olduğunu sübut etmək üçün vergilər idarəsindən arayış gətirməli olacaqlar.