Oqtay Gülalıyev İstanbuldakı "Amerika xəstəxanasın"a köçürülüb

Oqtay Gülalıyev İstanbuldakı "Amerika xəstəxanasın"a köçürülüb
18 Noyabr 2019
Mətni dəyiş
Bu gün Oqtay Gülalıyevi İstanbuldakı “Amerika xəstəxanası”na köçürürlər, bu barədə Turan-a hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib. “Avrasiya” klinikasında aparılan müalicə nəticə verməyib, deyə o qeyd edib. “Vəziyyəti ağır olaraq qalır”, deyə o bildirib. Xatırladaq ki, Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları maşının açıq-aşkar hüquq müdafiəçisinin üzərinə sürülməsini qərəzli hesab ediblər. O, xeyli gec əməliyyat olunub, bu da onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gün sonra Heydər Əliyev Fondu Gülalıyevin müalicəsini öz üzərinə götürüb və onu İstanbul klinikasına göndərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun