Müxalifət ölkədəki siyasi vəziyyəti, əməkdaşlıq perspektivlərini müzakirə edib [video]

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında bir sıra müxalif liderlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi “dəyirmi masa” keçirilib.

Müzakirədə Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə və Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev iştirak edib.

Əsas müzakirə mövzuları ölkədə mövcud ictimai-siyasi durum, söz və toplaşmaq azadlığı, siyasi məhbuslar, Dağlıq Qarabağ problemi və seçki məısələləri olub.

Arif Hacılı: Azərbaycanda yeni siyasi şərait yaranıb

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, toplantının məzmunu hazırki böhranlı durumun dəyərləndirilməsi və çıxış yollarının müzakirəsidir.

“Azərbaycanda yeni bir siyasi şərait yaranıb. Bu siyasi şərait ölkədə dəyişikliklərin olacağından xəbər verir. Bizim məqsədimiz ilk növbədə dəyişikliklərin Azərbaycan cəmiyyəti üçün ağrısız ötüşməsinə və ölkənin gələcək inkişafını labüd edəcək istiqamətə getməsinə nail olmadır”.

Əli İnsanov: Hər kəsin arzusu xalqı azadlığına qovuşdurmaqdır

Keçmiş səhiyyə naziri Əli İnsanov deyib ki, ölkədə nəinki ictimsi-siyasi durum, hətta diplomatik durum da bərbad vəziyyətdədir.

“Ölkədəki acınacaqlı durum müəyyən qərarlar qəbul etməyimizi zərurətə çevirib. Hesab edirəm ki, bu, xalqın sosial sifarişinin nəticəsidir. Biz xalqın dediyinə, onun istəyinə əməl etməliyik. Burada heç kəs nəyəsə nail olmaq üçün mübarizə aparmır, hər kəsin arzusu xalqı azadlığına qovuşdurmaqdır.

Onun firkincə, hakimiyyəti ələ keçirib idarə edən rejim çox aciz və qəddardır. O bildirib ki, ona görə, rejimə qarşı birgə mübarizə aparmaq lazımdır.

“İlkin mərhələdə sərbərt toplaşamq azadlığı əldə edilərsə erkən parlament və prezident seçkilərini tələb etmək olar.”

Keçmiş nazir deyib ki, hakimiyyət yeni cəza dəstələri yaradır.

Əli Kərimli: Hakimiyyətin zor, işgəncə aparatı xalqı durdura bilmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, Əliyev rejimi tamamilə tükənib, hətta xalqı aldatmaq potensialı da tükənib.

“Artıq ölkədə köklü siyasi dəyişikliklər xalqın sifarişidir. Yanvarın 19-da və oktyabrın 19-da keçirdiyimiz iki böyük mitinq ölkədə yeni siyasi situasiya yaradıb. Hakimiyyətin zorakılığına baxmayaraq 10 minlərlə insan ölkənin dəyişdiriləmsi üçün ayağa qalxır. Hakimiyyətin zor, işgəncə aparatı xalqı durdura bilmir”.

Ə.Kərimli hesab edir ki, hakimiyyət xalq etirazlarından sonra müxtəlif kampaniyalarla xalqı aldatmaq istəyir.

“Hakimiyyət 19 yanvar aksiyaısndan sonra sosial məsələlərdə imitasiya edirdisə, 19 oktyabrdan sonra ‘kadr islahatlarına’ əl atıb. Xalq yaxşı bilir ki, bu məsələlərin hər hansı islahata aidiyyatı yoxdur ki, xalqın dəyişim istəyi ölkə müxalifətini də fəaliyyətini koordinasiya etməyə sövq edir”.

AXCP sədri hesab edir ki, dəyərləri, prinsipləri, hədəfləri, hakimiyyətlə məsafələri eyni olan qüvvələr birgə hərəkət etməlidir.

“Bir olmayan qüvvələr isə necə əməkdşalıq edə bilmələrini müəyyən etməlidir. Ölkədə dəyişklik istəyən bütün qüvvələrlə əməkdşalıq olmalıdır”.

Kərimlinin fikrincə, müxalifətdaxili mübarizə pislənilməli və arxa plana keçməlidir.

AXCP sədrinə görə, müxalifətin polis zorakılığına qarşı mübarizə, sərbəst toplşamaq, media, ifadə azadlığı, siyasi məhbuslara azadlıq kimi müstəvidə birliyi üçün geniş imkanlar var.

İsa Qəmdər: Xalq açıq, aydın rejimin dəyişməsini istəyir

Milli Strateji Düşüncə Mərkəsinin rəhbəri İsa Qəmbər ölkədə hazırda mürəkkəb bir dönəm yaşandığını bildirib.

“Xalq açıq, aydın rejimin dəyişməsini istəyir. Hakimiyyət isə imic dəyişməsi etmək istəyərək növbəti dəfə Azərbayan xalqını geridə qalmış xalq kimi göstərməyə çalışır.”

O hesab edir ki, demokrtik düşərgənin qərarları xalq tərəfindən böyük maraq və etimadla qarşlanacaq.

İsa Qəmbər deyib ki, Qarabağ məsələsi də daxil olmaqla azad seçki, sərbəst toplaşmaq və bütün azadlıqların təmin edilməsi müxalifətin maraq dairəsinə daxilidr.

“İndiki mərhələdə funsksional əməkdaşlıqla bağlı niyyət ptrotokolu izamalamaq olar,” o qeyd edib.

Mehman Əliyev: Azadlıqlar təmin edilmədən böhrandan çıxmaq mümkün deyil

Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev firkincə ölkədə sisem böhranı var, xalq azadlıqlarının təmin olunmasını, demokratiya, azadlıq, sərbəst toplaşmaq istəyir.

“Bütün azadlıqlar təmin edilməldir. Kadr dəyişikliklər, yol xərtiələri ilə ölkəni böhrandan çıxarmaq mümkün deyil. Bütün qüvvələr birgə həərkət etməli və vəziyyətdən çıxmaq lazımıdır. Burada hamı iştirakçı olmalı, ölkəni bu vəziyyətdən çıxarmağa çalışmalıdır.”

Pənah Hüseyn: Vəziyyətdən çıxış vətəndaşların fəallığından asılıdır

Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, toplantı ilin mühüm siyasi hadisəsidir, cəmiyyətədki proseslərə müsbət təsr edəcək. Vəziyyətdən çıxış yolu vətəndaşların fəallığından asılıdır.

Müzakirənin yekunu olaraq bəyanat qəbul edilib

Dəyirmi masanın yekunu olaraq tərəflər bəyanat qəbul edib. Sənəddə qeyd olunur ki, Arif Hacılı, Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Mehman Əliyev, Hikmət Hacızadə, Pənah Hüseyn Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və digər ümummilli məsələlərdə həmrəylik göstərərək, avtoritar rejimə qarşı mübarizədə funksional əməkdaşlıq barədə razılığa gəlir.

Dəyirmi Masa iştirakçıları tərəfdarlarını qarşılıqlı ittihamlara yol verməyərək, bütün fəaliyyəti avtoritar rejimə qarşı yönəltməyə, həm iqtidar, həm də müxalifət tərəfdarlarını siyasi mübarizədə mənəvi-əxlaqi dəyərlərə, etik normalara əməl etməyə çağırır.

Dəyirmi Masa iştirakçıları beynəlxalq qurumları Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummamağa, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə çağırır.

Dəyirmi Masa iştirakçıları Azərbaycan hakimiyyətindən konstitusiya və qanunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyi tələb edir.

Hökumətin reaksiyası necə olacaq? 

İqtidar, rəsmi qurumlar hələlik müxalif qüvvələrin son müzakirəsində səslənən fikirlərə münasibət bildirməyiblər.

Eyni zamanda, hökumət bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır.

Dövlət rəsmiləri ölkədə bütün fundamental azadlıqların, o cümlədən, söz, fikir, toplaşmaq, seçki azadlıqlarının tam təmin edildiyni bildirir.