Müsavat Almaniyada üzvünün saxlanılması ilə bağlı məlumatı təkzib edir

Müsavat Almaniyada üzvünün saxlanılması ilə bağlı məlumatı təkzib edir
15 Noyabr 2019
Mətni dəyiş

Müsavat Partiyasının noyabrın 13-də Avropadakı Koordinasiya Mərkəzinin üzvü İlham Həsənin yerli polis tərəfindən saxlanılması haqqında məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Bu barədə Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli açıqlama yayıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə müsavatçı kimi göstərilən digər saxlanılan şəxslərin partiyaya mənsubiyyəti də təsdiq edilmir.

“Müsavat üzvü kimi qeyd edilən Rəşad Məmmədov, nəinki Müsavat üzvü deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Bizdə olan ilkin məlumata görə, bəzi evlərdə olan axtarışlar və saxlanmalar məhz onun şikayəti əsasında həyata keçirilib”, - deyə mətbuat katibi bildirib.

M.Hacıbəyli bildirib ki, Almaniyada mükəmməl ədalət mühakiməsi sistemi mövcuddur və onlar günahı olanların cəzalarını alacağına, günahsızların isə sərbəst buraxılacağına əmindirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun