Milli komandanın baş məşqçisi işindən uzaqlaşdırılacaq

Milli komandanın baş məşqçisi işindən uzaqlaşdırılacaq
23 Noyabr 2019
Mətni dəyiş
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırır. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib: “Yurçeviç qarşısına qoyulan məqsədə nail ola bilmədi. Qrupda yuxarı yerlərdə olmaq şərti qoyulmuşdu. Lakin vəzifənin öhdəsindən gəlmədi. Yəqin ki, onunla yollar ayrılacaq”. N.Yurçeviçin rəhbərliyi altında milli komandamız Avro-2020-nin seçmə mərhələsində qrupu 1 xal toplamaqla sonuncu yerdə başa vurub. Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etməsi və qrupda sonuncu yeri tutması futbol ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Hamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının xərcələyi böyük pulların batmağına etiraz edir... Son vaxtlar Milli komandamızın Avropada hamı üçün “qapazaltı” olması AFFA rəhbərliyinə yönəlmiş tənqidlərin dozasını artırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun