İŞİD Bağdadinin öldüyünü təsdiqləyib, yerinə keçən şəxsi açıqlayıb

İŞİD Bağdadinin öldüyünü təsdiqləyib, yerinə keçən şəxsi açıqlayıb
1 Noyabr 2019
Mətni dəyiş

İŞİD terror təşkilatı Əbübəkr Əl-Bağdadinin öldüyünü təsdiqləyib, onun yerinə keçən şəxsin kimliyini açıqlayıb.  

Bu barədə Reuters agentliyi xəbər yayıb. Məlumata görə, İŞİD liderliyinə Əbu İbrahim Haşimi Qurayşinin gətirilib.

Oktyabrın 31-də təşkilatın qollarından birinin yaydığı səs yazısında Qureyşinin yeni xəlifə elan edildiyi bildirilib.

İŞİD-ə 2014-cü ildən liderlik edən Bağdadi oktyabrın 26-da ABŞ xüsusi təyinatlılarının Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində keçirdikləri əməliyyat zamanı həlak olub.

Yeni liderin dəqiq kimliyi hələlik aydın deyil, çünki terror təşkilatı bir qayda olaraq liderlərini onların tayfalarına bağlı ləqəblərlə adlandırır. Bu adlar isə tez-tez dəyişdirilir.

Təşkilatın açıqlamasında həmçinin Bağdadinin yaxın müşaviri və qrupun sözcüsü Abu Həsən Al-Mühacirinin də həlak olduğunu təsdiqləyib.

O oktyabrın 27-də Suriyanın şimalında ABŞ-kürd qüvvələrinin birgə reydində öldürülüb.

Bundan bir neçə saat əvvəl Bağdadi tunel dalanına düşdükdən sonra üstündəki intihar jiletini partlatdığı deyilir.

Bu arada Pentaqon bildirib ki, Bağdadinin qalıqları onun ölümündən 24 saat keçmədən dənizdə “dəfn” edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun