İcbari tbbi sığortanın tətbiqi yenə gecikdiriləcək

İcbari tbbi sığortanın tətbiqi yenə gecikdiriləcək
27 Noyabr 2019
Mətni dəyiş

Azərbaycanda 20 ilə yaxındır gözlənən icbari tibbi sığorta növbəti il yanvarın 1-dən bütün ölkə üzrə tətbiq edilməli idi. Amma noyabrın 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) 2020-ci ildə bunun tətbiqi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edəndə mənzərənin bir qədər dəyişəcəyi bəlli olub. Qurum icbari tibbi sığortanı 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiq etməyi təklif edib.

Agentlikdən Turan-a bildirilib ki, sığortanın mərhələli şəkildə tətbiqi daha az risklərlə qarşılaşmaq istəyi, islahatın əhatə dairəsinin genişliyi və tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlıdır. Onların fikrincə, bu, tibb müəssisələri və əhalinin sözügedən prosesə hazırlanması üçün vacibdir.

İTSDA 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Bura Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstərilməlidir.

İkinci mərhələdə - aprel-iyun aylarında 17 yer – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulmalıdır.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun