Gürcüstanda azərbaycanlıların qəbri dağıdılıb

Gürcüstan, Marneuli rayonu Daştəpə kəndi.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbirstanlığında vandalizm aktı törədilib.

Xəbərə görə, qəbirstanlıqda Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb.

Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb.

Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər.

Hadisə yerinə polis çağırılıb.

Faktla bağlı araşdırma aparılır.