Estoniya sovet işğalına görə Rusiyadan 1,2 milyard avro kompensasiya tələb edir

Estoniya sovet işğalına görə Rusiyadan 1,2 milyard avro kompensasiya tələb edir
5 Noyabr 2019
Mətni dəyiş
Estoniyanın xarici işlər naziri Urmas Reynsalu jurnalsitlər qarşısında çıxışı zamanı deyib ki, Rusiya rəsmi Tallinə sovet işğalına görə kompensasiya ödəməlidir. Bu haqda rus mediası xəbər yayıb. Xarici işlər naziri Moskvadan tələb etdikləri kompensasiyanın miqdarını da açıqlayıb, Reynsalunun sözlərinə görə sovet işğalı bu ölkəyə məhz 1,2 milyard avro zərər vurub. "İndi soruşurlar ki, keçmişdə törədilmiş haqsızlıqlara görə çəkdiyimiz zərərlərlə biz siyasətçilərmi məşğul olmalıyıq. Mənim cavabım hədir. Düşünürəm ki, eston-rus münasibətlərinin gələcəyi strateji planda Rusiyanın bu işğalı tanımasından çox asılıdır". Xatırladaq ki, 2015-ci ilin dekabrında Latviya, Litva və Estoniyanın ədliyyə nazirlikləri ortaq imzaladıqları deklarasiya ilə Rusiyanın işğala görə bu ölkələrə kompensasiya verməyini tələb edirdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun