Erməni jurnalistlərindən sonra erməni deputatları Azərbaycana səfəri müzakirə edilir

Ermənistan parlamenti.

Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərlərindən sonra indi də ikinci mərhələ üçün iki ölkə deputatlarının qarşılıqlı səfərləri müzakirə olunur.

Bu haqda “Hraparak” qəzeti xəbər yayıb. Məlumata görə, deputatların səfərləri barədə müzakirə noyabrın 26-da Ermənistan parlamentində baş tutub.

Bildirilir ki, erməni parlamentində ilkin müzakirələr aparılıb və hətta deputatlardan biri Naira Zöhrabyanın Azərbaycana səfərinə veto qoyulub.

Naira Zöhrabyan AYK partiyasının üzvüdür və Azərbaycan tərəfi onu ifrat millətçi hesab edir. Buna görə də onun Azərbaycana gedişi məqsəduyğun sayılmayıb.