Çin hökümətinin uyğurlara bağlı yazışmaları yayıldı: "Onlara mərhəmət göstərilməsin"

Çin hökümətinin uyğurlara bağlı yazışmaları yayıldı: "Onlara mərhəmət göstərilməsin"
18 Noyabr 2019
Mətni dəyiş
Çində uyğur və başqa müsəlman xalqlara qarşı tətbiq olunan təzyiqləri göstərən sənədlər ictiamiyyətə sızıb. Ümumilikdə 403 səhifəlik sənədlər arasında Çin lideri Şi Cinpinqin "radikallaşmış" ailələrlə necə mübarizə aparmaqla bağlı göstərişləri də ortaya çıxıb. Xəbərə görə "New York Times" qəzetinin yaydığı sənədləri Çin hökümətinin bir məmuru hakimiyyətin hərəkətlərindən narahatlıq duyduğu üçün yayıb. Sənədlərin necə toplanıldığı ilə bağlı heç bir məlumat verilməzkən, adı çəkilməyən dövlət məmurlarının müsəlmanlara qarşı insanlığa zidd hərəkətlər etmiş çin məmurlarının cəzalandırılması üçün bu sənədləri yaydığı bildirilib.
Dörd bölümdən ibarət olan sənədlərin birinci bölümündə ailə üzvləri düşərgələrə göndərilmiş şagirdlərin verdiyi suallara necə cavab verilməli - başlıqlı tövsiyyələr yer alır.
"Ailə üzvlərim hardadır?"
İlk sual: "Ailə üzvlərin haradadır?" . "Ailə üzvlərin hökümət tərəfindən təşkil olunmuş bir təlimə aparılıb" - şəklində başlayan cavablarda şagirdlərə ailə üzvlərinin heç bir cinayət törətmədiyini, ancaq təlimlərdən də istədiyi vaxt ayrılıb evlərinə gələ biləcəyi ilə bağlı deyilir. Suallar irəlilədikcə cavabları da ağırlaşır. Əvvəldə "Heç narahat olmağa ehtiyac yoxdur" formasında başlayan sakitləşdirici cavablar sonradan daha çox təhdidlərlə dolu cavablara çevrilir.   Niyə tələbələr üçün xüsusi yanaşma tətbiq olunub? Sənədlərdə haqqında bəhs olunan şagird və tələbələr ölkənin müxtəlif bölgələrində kommunist hökümət tərəfindən təqaüdlə oxudulanlardır. Rəsmi Pekin bu gənclərə Kommunist Partiya xətti ilə təhsil verərək Şərqi Türkistanı öz görüşləri ilə idarə edəcək yeni bir kadr potensialı yetişdirmək istəyir.
Ancaq sızan sənədlərdə göstərilir ki, "Tələbələr ayağa qalxarlarsa ölkə üçün istənməyən təsirləri ola bilər. Məsəlçün, Çinin müxtəlif bölgələrindən öz bölgələrinə qayıdan uyğur tələbələr WeChat, Weibo və digər sosial paltformalarda yanlış xəbərlər yaymağa başlarlarsa bu geniş çaplı və qarşısında durulması çətin hadisələrə səbəb olar bilər".
"Azad olmaları üçün düşüncələrindəki "virus" yox edilməlidir" Çində müsəlmanlara qarşı başladılan zorakı siyasətin pik nöqtəsi 2014-cü ildən başlayır. Həmin ildə Şərqi Türkistana səfər edən Çin prezidenti Şin Cinpinq "radikal islam terroru" ilə mübarizə üçün iqtisadi yüksəlişin bəs etmədiyini və hökümətin əlindəki bütün gücü istifadə etməsi gərəkdiyini demişdi. Sızan sənədlərdən bəlli olur ki, Çin prezidenti məmurlara tapşırıqlarında deyib ki, "Radikallara mərhəmət göstərilməsin, bu adamlarla ABŞ-ın 11 sentyabrdan sonra müsəlman radikallarla davrandığı kimi davranılsın". Sənədlərdə diqqət çəkən daha bir məqam isə tələbələrin soruşa biləcəyi "Ailə üzvlərim cinayətmi törədib?" - sualına hazırlanan cavablardır: "Onlar cinayət törətmədi, ancaq düşüncələrinə sağlam olmayan fikirlər bulaşdı. Düşüncələrindəki bu virus yox ediləndən sonra sağalacaqlar və azad ediləcəklər". Çin hökümətinin bir müddətdir öz təhlükəsizliyinə təhdid kimi gördüyü uyğurları həbs düşərgələrində saxladığı iddia edilir. Rəsmi Pekin isə bu düşərgələrin təhsil və təlim mərkəzləri olduğunu, orada saxlanılanların peşə və davranış təhsilləri aldığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun