Cəlil Məmmədquluzadənin yenicə təmir olunmuş ev muzeyini Polşadan gəlmiş nəticəsi açıb

Cəlil Məmmədquluzadənin yenicə təmir olunmuş ev muzeyini Polşadan gəlmiş nəticəsi açıb
18 Noyabr 2019
Mətni dəyiş
Böyük Azərbaycan yazıçısı və publisisti Cəlil Məmmədquluzadənin ev muzeyi təmir olunub. Muzeyin açılış mərasimində Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatları və yazıçılar iştirak ediblər. [caption id="attachment_83792" align="aligncenter" width="547"] Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri.[/caption] Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, ev muzeyi yeni təmirdən çıxıb və burada yeni ekspozisiya açılıb: "Cəlil Məmmədquluzadənin burada nəvəsi və nəticəsi də iştirak edir. Bu, bizim üçün gözlənilməz oldu. Cəlil Məmmədquluzadə bütün yaradıcılığı ilə bərabər həm də azərbaycanlı idi. O, Azərbaycanın təhsili, dilinin təmizliyi uğurunda, insanların maarifləndirilməsinə çalışan şəxs olub. Mirzə Cəlilin və onun kimi fədakar, mütəfəkkirlərin, söz xadimlərinin hesabında insanlarımız, dilimiz, ədəbiyyatımız çox irəli gedib. O, dünya klassikləri ilə eyni sırada durmağa layiq insan olub". Açılış mərasimində çıxış edən Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri deyib ki: "Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim. C.Məmmədquluzadən ev muzeyinin təmirdən sonra açılışında iştirak etmək mənim üçün ifadə olunmaz bir hissdir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun