Bu gün 9 Noyabr Dövlət Bayrağı günüdür

Bu gün 9 Noyabr Dövlət Bayrağı günüdür
9 Noyabr 2019
Mətni dəyiş

Bu gün, noyabrın 9-u rəsmi bayram - Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib.

Bu, dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprel ayının 28-nə kimi ( AXC-nin süqutuna qədər) dövlət statusuna malik olub.

1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib.Həmin il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edilib.

2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun qəbulu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik günü (18 oktyabr) və Konstitusiya günü (12 noyabr) isə iş günü elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun