Boliviyanın yeni prezidenti: “Sosialist idarəetməsindən çıxıb demokratiyaya keçəcəyik”

Boliviyanın müvəqqəti prezidenti Jeanin Anez and içərək vəzifəsinə başlayarkən müqəddəs kitab olan İncili də saraya gətirib.

‘Ria novosti’nin məlumatına görə, Anez deyib ki, Moralesin 14 il davam etmiş sosialist idarəetməsindən sonra nəhayət demokratiyanı ölkəyə gətirəcək və ölkədə dini bərabərlik yaradacaq.

Belə ki, bu yaxınlarda dövlət çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılmış Evo Morales hakimiyyətə gələndə konstitusiyaya dəyişiklik edərək Bolivya xalqının dini olaraq Katolikliyin yerinə And dağlarında yaşayan yerlilərin dini olan Şamanizm inancını əlavə etdirmişdi.

Keçən bazar günü istefa etdiyini bildirən Morales Meksikaya sığınanadan sonra yeni hakimiyyətə müraciəet edərək küçəyə çıxan tərəfdarlarına zərər verilməməsini istəmişdi.