Avropa Birliyi çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün yeni qurum yaradacaq

Avropa Birliyi çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün yeni qurum yaradacaq
9 Noyabr 2019
Mətni dəyiş

Avropa Birliyi ölkələri çirkli pulların yuyulması ilə mübarizə üçün yeni nəzarət orqanı yaradırlar.

Almaniya, Fransa, İtalya, İspaniya, Hollandiya və Latviyanın birlikdə yayımladıqları bəyanatda deyilir ki, AB ittifaqın maliyyə sistemi içində çirkli pulların yuyulması ilə mübarizə üçün ortaq nəzarət mexanizminin qurulmasını gərəkli hesab edir.

AB ölkələrinin rəhbərləri düşünürlər ki, beynəlxalq səviyyədə olan nəzarətlər kifayət deyil və AB içində daha bir ortaq nəzarət qurumunun olması bütün Avropa ölkələri üçün yararlı olacaq.

Bəyanata görə, yeni qurum həm AB içində bir bölmə, həm də Avropa Bankçılığı Təşkilatının bir missiya qurumu şəklində olacaq.

Məsələ dekabr ayında AB komissiyasının iclasında müzakirə olunub qərar veriləcək.

Xatırladaq ki, son illə AB üzvləri Malta, Kipr Rum Respublikası, Latviya kimi ölkələrin banklarının adı çirkli pulların yuyulmasında çəkilir.

Son illərdə isə Danimarkaya aid "Danske Bank"ın Estoniya şöbəsinin Rusiya və Şimali Avropa ölkələrindən gələn çirkli pulları yuduğu haqda məlumatlar geniş əks-səda yaratmış, nəticədə "Danske Bank"ın rəhbərliyindən xeyli adam istefa verməyə məcbur olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun