Almaniya XİN rəhbəri Çindən uyğurların haqqlarına hörmətlə yanaşmağı təleb edir

Almaniyanın Xarici İşlər Naziri Heiko Maas çin hökümətini insan haqqları ilə bağlı beynəlxalq öhdəliklərə hörmət edib uyğurların həbs düşərgələrində saxlanılması ilə bağlı iddialara aydınlıq gətirməyi tələb edib.Maas Çinini uyğurlara qarşı amansız davranışlarını təsdiqləyən sənədlərin mətbuata sızmasından sonra Pekinin qaranlıq hadisələri aydınlatmalı olduğunu bildirib.Bu  gün Körber Fondunun təşkil etdiyi bir mərasimda çıxış edən alman XİN rəhbəri Çinin uyğurlar yaşayan bölgəyə BMT insan haqqları üzrə baş komissarını və beynəlxalq müşahidəçiləri buraxmalı olduğunu bəyan edib.Sosyal Demokrat Partiyasından olan nazir Maas deyib ki, “Əgər Çində yüz minlərlə uyğur, qazax və s. müsəlman xalqlar zorla düşərgələrdə saxlanılırsa, beynəlxalq ictimaiyyət bunu görməzdən gələ bilməz”.

Nazir Maas Süddeutsch Zeitung qəzetinə verdiyi müsahibədə deyib ki, insan haqqları müzakirə edilməyən və dünyəvi haqqlardır, Çin tərəfi ilə danışıqlarda insan haqqlarını necə daha yaxşı qoruya biləcəyimizlə bağlı müzakirələr apardıq. Maas Pekinə son səfəri zamanı Sincan bölgəsindəki uyğurların haqqlarının pozulması ilə bağlı məsələni qaldırdığını dilə gətirib.