ADR Hərəkatı Bakının mərkəzində piket keçirəcəyini elan etdi

ADR Hərəkatı Bakının mərkəzində piket keçirəcəyini elan etdi
13 Noyabr 2019
Mətni dəyiş

Demokratiya və Rifah (ADR) Hərəkatı Bakının mərkəzində aksiya keçirməklə bağlı qərar qəbul edib.

Bu barədə Hərəkatın sədri Qubad İbadoğlu məlumat yayıb. Onun sözlərinə görə, noyabrın 11-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin növbəti toplantısı keçirilib və piket keçirmək qərara alınıb.

Sədr bildirib ki, piketdə 2020-ci ildən uşaq pulunun bərpası, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələb olunacaq:

"Respublikada ictimai siyasi vəziyyət və ADR Hərəkatının vəzifələri geniş müzakirə olunaraq hakimiyyətin ölkədə müxalifət fəallarına qarşı tətbiq etdiyi repressiv təzyiq üsulları, onların üzərinə qoyulmuş polis nəzarəti kəskin pislənilib və hakimiyyətdən belə təqib metodlarına son qoyması tələb edilib".

Açıqlamada deyilir ki, hüquq müdafiəçisi Oktay Gülalıyevin hazırkı durumunun ciddi narahatlıq yaratdığına diqqət çəkilib, hakimiyyət orqanlarından bu qəzanın ciddi araşdırılması, baş vermiş hadisənin qəza, ya qəsd olmasına aydınlıq gətirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, hərəkat rəhbərliyi Oktay Gülalıyevlə bağlı istintaqın nəticələrinin ictimaiyyətdən gizlədilməsinin yolverilməz olduğu bildirilib və bu qəzada maraqlı tərəflərin olduğuna ciddi şübhələrin yol açdığı ifadə edilib.

Qubad İbadoğlu bildirib ki, respublikada yaranmış ağır ictimai, siyasi və sosial durumu dəyərləndirən müzakirə iştirakçıları mövcud vəziyyətə dair bəyanat qəbul ediblər:

"ADR Hərəkatı dözülməz sosial durumun, acınacaqlı yaşam şərtlərinin əhalinin aztəminatlı hissəsinin, xüsusilə də yaşlı nəslin və uşaqların güzəranının daha da pisləşməsinə səbəb olduğunu əsas gətirərək, 2020 -ci ilin dövlət büdcəsində uşaq pulunun verilməsinin nəzərə alınması, təqaüd yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələbləri ilə noyabrın 19-da saat 15-dən 16-dək Sosial Müdafiə Nazirliyinin qarşısında piket keçirməyə qərar veriblər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun