Ərdoğan: "Lazım gəlsə özümüz Tel-Abyad və Resulaynda qaçqın şəhərciyi tikəcəyik"

Ərdoğan: "Lazım gəlsə özümüz Tel-Abyad və Resulaynda qaçqın şəhərciyi tikəcəyik"
1 Noyabr 2019
Mətni dəyiş
Dünən Türk Tibb Dünyası Qurultayında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə özü donorlar tapacaq və heç kimin dəstəyi olmasa belə Tel-Abyad, Resulayn arasındakı bölgədə qaçqın şəhərciyi tikəcək.  Şənbə günü görüşəcəyi BMT baş kativi Antonio Quterresə Suriyadakı təhlükəsiz bölgəylə bağlı planları təqdim edəcəyini deyən Ərdoğan bundan öncə də dünya liderlərinə təhlükəsiz bölgə ilə balı planlarını danışdığını dilə gətirib.
Ərdoğan deyib ki: "Mən onlara suriyalı qaçqınların öz ölkələrinə qayədəb yaşaya bilməsi ilə bağlı planlarımı göstərəndə, "nə gözəl plandır" - deyirlər. Amma pulla bağlı bir kəlmə də dillənmirlər. Axı, bu işlər pulsuz mümkün deyil. Bunu birlikdə etməliyik. Bu səbəbdən cənab Quterreslə birlikdə dünya boyu donorlarla bağlı bir tədbir keçirməyi düşünürük. Əgər o da bunu etməsə, ölkə olaraq özümüz etməli olacağıq".
Ərdoğan həmçinin Suriya müharibəsinin yerli xalqa vurduğu zərərləri dilə gətirərkən bildirib ki, Suriyada orta insan ömrü 73-dən 63-ə düşüb, orda insanlıq faciəsi yaşanır. "Dünyanın bir yanında insanlar acından ölür, o biri tərəfində isə obezite problemi var. Dünyada silahlanmağa xərclənən pulun az bir qismini insanlığın təməl ehtiyaclarına xərcləsəydilər, dünyada ac və təmiz suya ehtiyacı olan heç kim qalmazdı. Bu cür çatışmamazlıqların yaratdığı sosial və iqtisadi qırılmalar dünyamızın gələcəyi üçün ən böyük təhdidlərdəndir. Ona görə də belə problemlər elm adamlarından daha çox siyasətçilərin həll etməli olduğu problem sayılmalıdır" - deyə Ərdoğan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun