Türkiyə hərbi əməliyyatın ilk günündə 174 terrorçunu məhv etdiyini açıqlayıb

Türkiyə hərbi əməliyyatın ilk günündə 174 terrorçunu məhv etdiyini açıqlayıb
11 Oktyabr 2019
Mətni dəyiş

Türkiyə Müdafiə Nazirliyi bu gün verdiyi bəyanatda ölkənin Suriyada apardığı "Barış Pınarı" adlı hərbi əməliyyatlar çərçivəsində Resulayn adlı bölgədə bir bazaya hücumda 19 terrorçunun məhv edildiyini bildirib.

Rəsmi açıqlamada deyilir ki, oktyarbın 9-u saat 16:00-da başlanan hərbi əməliyyatlarda ümumən 174 YPQ döyüşçüsü məhv edilib.

Nazirlik bəyanatında "PKK/PYD-YPQ"nin xalqın istifadə etdiyi binalar, məktəblər və xəstəxanalarda gizlənərək Türkiyədək ictimai yerləri roket zərbələri ilə vurduğunu da əlavə edib.

Türkiyənin PKK-nın Suriya qolu adlandırdığı YPQ təşkilatı, ABŞ-ın da dəstəklədiyi Suriya Demokratik Güclərinin (SDG) əsas hissəsini təşkil edir.

SDG özünə aid Twitter səhifəsində türk qırıcı təyyarələrinin Resulaynda dinc xalqdan 9 nəfəri öldürdüyünü yazıb.

SDG-nin siyasi qolu olan Suriya Demokratik Şurası isə ABŞ və İŞİD əlehdarı olan beynəlxalq koalisiyaya səslənərək bölgədə uçuş qadağası olan zolaq yaradılmasını rica edib.

Şuranın rəhbəri Sinam Muhammad ABŞ ilə də danışıqlar apardığını bildirib. O, Türkiyənin hərbi əməliyyatları dayandırması üçün ABŞ-dan Ankaraya təzyiq göstərməsini rica edib.

"Əməliyyatları dayandırmaq və dialoq qurmaq üçün diplomatik yollarla əlimizdən gələni edirik" - deyə, Sinam Muhammad bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun