Türkiyə "Barış Pınarı" hərakatında 65 yaşayış məntəqəsi ələ keçirib

Türkiyə "Barış Pınarı" hərakatında 65 yaşayış məntəqəsi ələ keçirib
19 Oktyabr 2019
Mətni dəyiş
Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında oktyabrın 9-da başlatdığı "Barış Pınarı" hərakatını oktyabrın 18-i 120 saatlığına dayandırılıb. Dünən Dolmabahçe sarayında xarici jurnalistlərlə görüşmüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 gün davam etmiş əməliyyatlar boyunca indiyə qədər 360 kilometr ərazinin türk ordusu tərəfindən ələ keçirildiyi və aralarında Tel Abyad və Rasulayn şəhər mərkəzlərinin də olduğu 65 yaşayış məntəqəsinin nəzarət altına alındığını deyib. Ərdoğan, 9 oktyabrdan bu günə ümumilikdə 4 türk əsgəri və 74 Suriya Milli Ordusu üzvünün həlak olduğunu və 750-yə yaxın terrorçunun zərərsizləşdirildiyini bildirib. Suriya İnsan Hüquqları Müşahidə mərkəzi ictimai təşkilatı isə oktyabrın 17-də yaydığı hesabatda hərbi əməliyyatların keçirildiyi 8 gün ərzində Türkiyənən 68 yaşayış məntəqəsini ələ keçirdiyini və Rasulaynın mühasirəyə alındığı zaman tərəflərdən ümumilikdə 416 nəfərin həyatını itirdiyini bəyan edib. İnsan Hüquqları təşkilatının hesabatına görə Türkiyənin keçirdiyi hərakat boyunca "Suriya Demokrayik Qüvvələri"nin ümumilikdə 224 üzvü öldürülüb, Türkiyənin dəstəklədiyi "Suriya Milli Ordusu" 183 əsgər və türk ordusu 8 əsgərini itirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun