Trampın Ərdoğana yazdığı təhdid dolu məktub mətbuata sızıb

Trampın Ərdoğana yazdığı təhdid dolu məktub mətbuata sızıb
17 Oktyabr 2019
Mətni dəyiş
ABŞ-da fəaliyyət göstərən "Fox Business Network" kanalının aparıcısı Trish Regan, ABŞ prezidenti Trampın Ərdoğana yolladığı məktubun əslini paylaşıb. Məktubda Türkiyənin Suriyada təşkil etdiyi "Barış Pınarı" adlı hərbi əməliyyatdan bəhs olunur. Jurnalist məktubun hərakatın başladıldığı 9 oktyabr günündə yazıldığını deyib. [embed]https://twitter.com/trish_regan/status/1184559361638748161?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1184559361638748161&ref_url=https%3A%2F%2Ftr.sputniknews.com%2Fabd%2F201910161040408755-foxbusiness-kanali-sunucusu--trishregan--donald-trump-tarafindan-cumhurbaskani-recep-tayyip%2F[/embed] Reganın Twitter də paylaşdığı məktubun məzmunu belədir: "Cənab Prezident Gəlin yaxşı bir razılşma üzərində çalışaq. Siz minlərlə insanın qətliamına görə məsuliyyət daşımaq istəmirsiniz və mən də Türkiyə iqtisadiyyatını məhv etmək məsuliyyətini daşımaq istəmirəm və bunu edərəm də. Rahib Brunson məsələsində sənə kiçik bir örnək göstərmişdim. Sənin problemlərinin bəzilərini həll etmək üçün xeyli çalışdım. Dünyanı məyus eləmə. Əla bir razılaşmaya gələ bilərsən. General Mazloum səninlə müzakirə etmək istəyir və keçmişdə heç etmədikləri güzəştləri etməyi planlaşdırırlar. Mənə göndərdiyi bir məktubun surətini, gizli olmaq şərtilə bu məktuba əlavə edirəm. Bu məsələni doğru və insani bir yolla edə biləsən tarix səni unutmayacaq. Əgər işlərin axırı yaxşı olmasa səni əbədiyyən iblis kimi görəcəyəm. Sərt olma. Axmaq olma. Sabah sənə zəng vuracağam".   Məktub yayıldıqdan sonra ABŞ mətbuatı Ağ Evin sözügedən məktubun həqiqiliyini təsdiq etdiyini bildirib. [embed]https://twitter.com/jaketapper/status/1184571691504148482?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1184571691504148482&ref_url=https%3A%2F%2Ftr.sputniknews.com%2Fabd%2F201910161040408755-foxbusiness-kanali-sunucusu--trishregan--donald-trump-tarafindan-cumhurbaskani-recep-tayyip%2F[/embed]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun