Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun qalibi olub

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Xantı-Mansiyskdə başa çatan şahmat üzrə Dünya Kubokunun qalibi olub.

Bu gün, oktyabrın 4-də baş tutan oyunda azərbaycanlı şahma ustası Dünya Kubokunun tay-breyk finalında çinli Din Lijeni məğlub edib. Finalın klassik partiyalarının yekunlarına əsasən qalib müəyyənləşməyib.

Rəqiblər tay-breyk çərçivəsində dörd rapid yarışı keçiriblər və heç-heç ilə başa çatıb.

Bununla əlaqədar kubok uğrunda mübarizə blits-partiyalarda davam edib. T.Rəcəbov hər iki partiyada çinli qrossmeysteri məğlub edib.

T. Rəcəbov Dünya Kubokunun qalibi olan ilk azərbaycanlı qrossmeysterdir.