Təhsil naziri: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır”

Təhsil naziri: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır”
17 Oktyabr 2019
Mətni dəyiş
"Dövlət sifarişli tələbələrin sayında 66 faiz artım müşahidə olunub". Bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 12 300-dən 20 500-ə çatıdırılıb: "Təqaüdlərin məbləği isə 20 faizə qədər artıb. Təqaüd alan tələbələrin sayı son 5 ildə 21 faizə qədər çoxalıb". Nazirin sözlərinə görə, qarşıya belə məqsəd qoyulub ki, ali məktəblərdə təhsil alan tələbələrin ən azı 50 faizi təqaüd alsın: "Ali təhsil alan tələbələrin sayında 21 faizə yaxın artım olub. 2019-cu ildə nəzərdə tutulan 84 məktəbdən 43-ü tədris ili başlamadan öncə təhvil verilib. Yerdə qalan məktəblər bu aylarda təhvil veriləcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun