Şahin Mustafayev Baş Nazirin müavini təyin olunub

Şahin Mustafayev Baş Nazirin müavini təyin olunub
22 Oktyabr 2019
Mətni dəyiş
Bu gün prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamında qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilsin. Prezident İlham Əliyev başqa bir fərmanla Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun