Rusiyalı deputat: "Rusiya Qarabağı tanımır"

Rusiyalı deputat: "Rusiya Qarabağı tanımır"
15 Oktyabr 2019
Mətni dəyiş

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyev Rusiyanın Dağlıq Qarabağı dəstəkləməsi ilə bağlı həmkarı, Dövlət Dumasının deputatı Konstantin Zatulinin çıxışını şərh edib.

D.Savelyevin Turan agentliyinə göndərilən şərhində deyilir:

"Ədalətin qondarma Arsaxın tərəfində olması barədə bəyanatı eşitmək çox qəribədir, çünki bu, heç kim, o cümlədən Ermənistanın özü tərəfindən rəsmən tanınmayıb. Və Rusiya xalqı adından Arsaxın rusiyalıların dəstəyini alacağını bildirmək özündən müştəbehlikdir. Rusiyanın rəsmi mövqeyi çox açıq şəkildə göstərilib: Azərbaycan və Ermənistan ərazi münaqişəsini ciddi şəkildə beynəlxalq hüquq çərçivəsində həll etməlidirlər. Məhz buna görə də bizim dövlətimiz bütün vətəndaşları adından heç bir Arsax tanımır.

Münaqişənin yalnız iki tərəfi var: Azərbaycan və Ermənistan. Dağlıq Qarabağ var - Azərbaycanın işğal olunmuş ərazisi. Bax, bu yerdə araşdırmaq, həlak olanlar və evlərini itirən adamlar üçün ədalət axtarmaq lazımdır".

Xatırladaq ki, oktyabrın 11-də Zatulin "Arsaxın dostları" forumundakı çıxışında deyib:

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda iştirakçı ölkə kimi, hər yerdə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olaraq onun hərbi yolla həllinə yol verilməməsinə çalışır. 2016-cı ilin aprelində bu məsələnin güc yolu həllinə cəhd edildi, Rusiya öz tərəfindən bunun dayandırılması üçün əlindən gələni etdi".

"Heç bir təhdidə və sanksiyalara baxmayaraq, Abxaziya və Cənubi Osetiyanın özünütəyin etməsini tanıdıq, Krım Respublikasının qaytarılmasını dəstəklədik, Ukraynanın şərqində vətəndaş müharibəsinin səngidilməsi səylərinə cəlb edildik, çünki Donbass torpağında soydaşlarımıza qarşı zorakılığa yol verə bilmərik. Əminəm ki, Rusiya Federasiyası bir dövlət olaraq Qarabağ münaqişəsinin ədalətsiz həllinə yol verməyəcək. Rus xalqı ilk növbədə vicdan və ədaləti yüksək qiymətləndirir. Onlar isə sizin tərəfinizdədir"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun