Rusiyada spirtli içkilərdən istifadə son beş ildə yarı-yarıya azalıb

Rusiyada spirtli içkilərdən istifadə son beş ildə yarı-yarıya azalıb
10 Oktyabr 2019
Mətni dəyiş

Dünyada ən çox spirtli içkinin istifadə olunduğu ölkə kimi tanınan Rusiyada son illər içki istehlakı səviyyəsi kəskin aşağı düşüb.

Bu haqda 'Euronews' xəbər yayıb. Agentlik bildirib ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatında yazılıb.

Hesabata görə, Rusiyada spirtli içki istehlakı 2003-cü ildən bu yana 43 faiz aşağı düşüb. Hətta araşdırmalar onu göstərir ki, ruslar daha az içki içib, daha çox yaşamağa başlayıblar.

Rusiya Səhiyyə Nazirliyi də öz məlumatlarında ÜST-nin hesabatlarını doğrulayıb. Nazirlik son beş ildə Rusiyada alkoqoldan istifadənin yarı-yarıya azaldığını bəyan edib.

2019-cu ildə ölkədə adam başına alkoqol istehlakı 9,7 litr olub, 2017-ci ildə isə bu rəqəmin 14 litr civarında olduğu bildirilir.

Moskva Dövlət Tibb Universitetinin Psixatriya və Narkologiya kafedrasının professoru Yuri Sivilapa deyir ki, prezident Valdimir Putinin alkoqol satışına qarşı tətbiq etdiyi bir sıra qadağalar, sağlam həyat tərzi ilə bağlı təşviqat proqramı rusların içkiyə münasibətini dəyişdirib və içki istehlakını azaldıb.

"Alkoqolizm ən böyük problemizdir deyən Vladimir Putin ötənmillər ərzində alkoqol reklamının yazılı və internet mətbuatında aparılmasını qadağan etmişdi. Hökümət indi də içki almaqla bağlı qanunvericiliyə bir sıra düzəlişlər etməyi düşünür.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə Avropada ən çox içki istehlakı ilə birinci yerdə adambaşına illik 15 litrlə Litva, 14,4 litrə Çexiya və 13,4 litrlə Almaniya ilk  üçlükdə yer alırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun