Rusiyada Navalninin tərəfdarlarının ofislərində genişmiqyaslı axtarışlar başlayıb

Rusiyada Navalninin tərəfdarlarının ofislərində genişmiqyaslı axtarışlar başlayıb
15 Oktyabr 2019
Mətni dəyiş
Rusiyanın bir çox şəhərində məşhur müxalif lider Aleksey Navalninin tərəfdarlarının ev və ofislərindən genişmiqyaslı axtarışlar başladılıb. Axtarış tədbirləri həmçinin Navalninin yaratdığı "Korrupsiya ilə mübarizə fondu" (KMF) ilə əlaqələri olan şəxslərə qarşı da aparılıb. Bu haqda "OVD-info" saytı bu gün məlumat yayıb. Məlumata görə araşdırmalar Arxanqelsk, Belqorod, Ufa, Samara, Saratov, Yekatrinburq, Yaroslav, Çelyabinsk, Novokuneçk, Krasnodar, Biysk, İjevski, Tambov, Stavropol, Barnaul, Kazan, Çeboksar, Rostov-na-Don, Vladivastok, Yoşkar-Ola və Moskva şəhərlərində aparılıb. Bəzi yerlərdə hüquq-mühafizə orqanları Navalni tərəfdarı olan siyasi fəalları sənədlərini yoxlayır, yaxud da polis idarəsinə aparıb sorğu edirlər. Axtarışlar haqda fəallar Twitter-də yazmağa başlayıblar. Xatırladaq ki, bu ilin avqust ayının əvvəlində Navalninin Korrupsiya ilə Mübarizə Fonduna qarşı cinayət işi qaldırılmışdı. Cinayət tədqiqatına görə 2016-2018-ci arasında fondun üzvləri naməlum mənbədən 75,5 milyon rubl pul alıblar. Daha sonra isə o pulun "cinayətkar mənbəyindən ört-basdır edilib". Bu il sentyabrın 9-da Rusiya Ədliyyə Nazirliyi Korrupsiya ilə mübarizə Fondunu "xarici agent" adıyla öz reestrinə əlavə etdikdən sonra Rusiya prokurorluğu fondla əlaqəsi olmuş şəxslərə aid 200 ünvanda axtarış aparmağa başlayıblar. Ümumilikdə 75 milyon rublluq bank hesabları dondurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun