Rusiyada Mərkəzi Asiya ölkələrindən xəbər yayan müstəqil "Fergana" saytı bloklanıb

Rusiyada Mərkəzi Asiya ölkələrindən xəbər yayan müstəqil "Fergana" saytı bloklanıb
3 Oktyabr 2019
Mətni dəyiş
Rusiyada internetə nəzarət edən qurum Roskomnadzor Özbəkistan və ümumən Mərkəzi Asiya ölkələri ilə bağlı xəbərlər yayan "Ferqana" (fargananews.com) saytını bu ölkə ərazisində bloklayıb. Bu haqda xəbəri oktaybr ayının 1-də saytın yaradıcısı və baş redaktoru Danil Kislov təsdiqləyib. "Fergana" saytının adı artıq Rusiyada qadağan olunmuş informasiya mənbələri reyestrinə salınıb. "Fergana" saytının redaksiyası yaydığı bəyanatda Roskomnadzordan heç bir xəbərdarlıq almadıqlarını bildirib. Saytın redaktorlarından biri Mariya Dubnova "Novaya gazeta" saytına müsahibəsində deyib ki, "Bizimçün saytımızın Rusiyada bloklanması tamamilə gözlənilməz oldu. Bu məsələ ilə bağlı araşdırma aparacağıq. Artıq Roskomnadzora tələb yollamışıq ki bizə izah etsin, nəyə görə saytımızı xəbərdarlıq etmədən bu ölkədə bloklayıb." Redaktor düşünür ki,  "Türkimənistan İyeqova Şahidləri" təşkilatının Rusiya ərazisində qadağan olunması ilə bağlı yayılmış məlumata görə Rusiya höküməti "Fargana" saytını bloklamağa qərar verib. Mariya Dubnova öz məqaləsində yazmışdı ki, "Türkmənistan İyeqova Şahidləri" təşkilatı Rusiyada qadağan olunmuş eksterimist təşkilatlar siyahısında olmadığı üçün onu yasaqlamaq qanun pozuntusudur. Xatırladaq ki, "Fergana" xəbər agentliyi 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu agentlik Mərkəzi və Orta Asiya ölkələrindən rusca xəbərlər hazılayır. Agentliyin saytı Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda bloklanıb, ancaq saytın işçiləri deyirlər ki, saytın bloklanması son dövr ancaq Türkmənistanda qüvvədədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun