Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikməyi təklif edib

Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikməyi təklif edib
4 Oktyabr 2019
Mətni dəyiş

Rusiya hökuməti İlham Əliyevə Azərbaycanda Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı təklif verib.

Bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev dünən Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra jurnalistlərə deyib.

Bu haqda "RİA Novosti" xəbər yayıb. Lixaçevin sözlərinə görə, azərbaycanlı tərəfdaşları necə istəsə, AES elə də olacaq.

'Rosatom'un rəhbəri bildirib ki, onlar güclü stansiya təklif edirlər. Onun sözlərinə görə, Azərbaycanın özəlliyi tələbatın ciddi şəkildə artmasındadır.

Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu böyük rəqəmdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun