Polis 19 oktyabr mitinqinin təşkilatçılarına təzyiq göstərir

Polis 19 oktyabr mitinqinin təşkilatçılarına təzyiq göstərir
18 Oktyabr 2019
Mətni dəyiş
Oktyabrın 19-na təyin edilmiş mitinqin keçirilməsi üzrə komitənin üzvləri Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmli bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. Onlara xəbərdarlq edilib. "Bizə bildirdilər ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq, təşkilatçılar isə məsuliyyətə cəlb olunacaq. Biz öz növbəmizdə dedik ki, toplaşma azadlığı Konstitusiyada təsbit edilib. Biz öz konstitusion hüququmuzu gerçəkləşdirəcəyik", - Tofiq Yaqublu Turan agentliyinə bildirib. Hakimiyyət DQMŞ-yə təklif edib ki, oktyabrın 19-da mitinqi Lökbatanda keçirsin. Lakin müxalifət bunu məqbul saymayıb və aksiyanı Bakının mərkəzində "28 may" metro stansiyasının qarşısında keçirmək niyyətindədir. Eyni zamanda fəalların həbsi davam edir. Bu gün AXCP rəhbər xadimlərindən biri, mitinqin Təşkilat Komitəsinin üzvü İlham Hüseyn iki ay inzibati həbs edilib. Qeyri-rəsmi məlumatlara görə, son günlər 10-a yaxın AXCP fəalı inzibati qaydada həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun