Neft istehsalçısı Azərbaycan Rusiya və Rumıniyadan 120 min ton benzin alacaq

Neft istehsalçısı Azərbaycan Rusiya və Rumıniyadan 120 min ton benzin alacaq
17 Oktyabr 2019
Mətni dəyiş
“Bu il planlı təmir işləri 1 ay üçün nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında “Ai-92” markalı benzinin idxalı planlaşdırılıb ki, bunun təxminən 45 min tonu artıq Azərbaycana gətirilib”. Bu haqda Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov mətbuata bildirib. İ.Əhmədov qeyd edib ki, “Ai-95” əsasən Rusiya və Ruminiyadan idxal olunur: ““Ai-92” benzininin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir. İdxal edilən bu benzin bu ildə əsasən Rusiya mənşəlidir və 4 min ton civarında olan kiçik bir hissəsi Türkmənistandan idxal olunmaqdadır”. SOCAR rəsmisinin sözlərinə görə, təmirin 4 noyabr 2019-ci tarixinə qədər mərhələli şəkildə tam yekunlaşması planlaşdırılıb. Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun